Antiterror tədbirlərində şəhid olan qəhrəmanın qızı dünyaya gəldi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“YAŞAT” Fondunun “Onlar bizə əmanət” layihəsi davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən
verilən məlumata görə, ötən il sentyabrın 19-20-də Qarabağda aparılan lokal
xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanımız Şikar Hüseyn
oğlu Hüseynovun Goranboy rayonunda doğulan övladı Mələyin zəruri xərcləri
“YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Həmin məqsədlə min manat vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz
açan körpənin adına isə depozit hesabı açılacaq və 5 min manat vəsait onun
hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına
toplanmış məbləğdən köçürülür.
Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18
yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.
“Onlar bizə əmanət” layihəsi indiyədək 113 şəhid övladını əhatə edib.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış
olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış
olmaq üçün keçid:https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun “8110” Çağrı Mərkəzi fəaliyyət göstərir.