8ae971b3-26ec-463b-8b56-b429075ac0b3.jpg

Aparıcı Fərid Rəsul başına gələnlərdən DANIŞDI: “Zibillikdə veriliş çəkən oğlan kimi tanındım”

Baxış sayı: 273 dəfə baxılıb.

“Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayının qonağı aparıcı Fərid Rəsul olub. 17 yaşından
televiziyada fəaliyyət göstərən aparıcı ona uğur qazandıran layihəsindən bəhs
edib:

“Məni mən edən veriliş “İş həmişə var” olub. Bu işim mənim üçün bir növ həyat
tərzinə çevrilmişdi. Düşündüm ki, bu layihəni həyata keçirmişəmsə, ondan aşağı
səviyyəli iş görə bilmərəm. 2013-cü ildən 2020-ci ilə qədər davam edən veriliş
həyatımı dəyişdi, hər şeyimi o layihəyə borcluyam. Çox çətin bir proqram idi.
İndi də onun bənzəri yoxdur. Bu formatı çalışdığım kanalın rəhbərliyinə təqdim
edəndə ilk başlarda mənə inanmamışdı. Bir neçə bölüm yayımlanandan sonra isə
insanlar artıq məni tanıyır, “bu, zibillikdə veriliş çəkən oğlandır?”
deyirdilər. Belə bir proqramın televiziyada reytinq toplaması ilə gördük ki,
tamaşaçıya bu cür layihələr də maraqlıdır”.

Fərid Rəsul həmçinin qarşılaşdığı çətinliklər haqqında da danışıb:

“İş həmişə var” verilişinin çəkildiyi ilk zamanlar kirayədə qalırdım. Artıq
bundan bezmişdim. Düşünürdüm ki, nə olsa da, ipoteka ilə ev almalıyam. Bunun
üçün yaşamağa başladım. Özümə dedim ki, elə verilişlər hazırlamalıyam ki, bu
məqsədimə çata bilim. Zamanla yaxşı təkliflər, reklamlar gəlməyə başladı. Bir
də gözümü açdım ki, Xırdalanda 13-cü mərtəbədə ev almışam, orada yaşayıram”.

Ətraflı Baku TV-nin süjetində:

Aparıcı Fərid Rəsul başına gələnlərdən DANIŞDI:
“Zibillikdə veriliş çəkən oğlan kimi tanındım”
Aparıcı Fərid Rəsul başına gələnlərdən DANIŞDI: “Zibillikdə veriliş çəkən
oğlan kimi tanındım”

Source link