9c3435d2-6ca5-43e2-8614-bbc9d2453b8d..jpg

Aparıcı Hüsniyyə bəzi sürücüləri təhqir etdi – VİDEO

Baxış sayı: 2. 641 dəfə baxılıb.

Aparıcı Hüsniyyə bəzi sürücüləri təhqir etdi – VİDEO

Aparıcı Hüsniyə Məhərrəmli bəzi sürücüləri təhqir edib.

O, bununla bağlı sosial şəbəkə hesabında video yayıb. Aparıcı Bakı-Sumqayıt
yolunda rastlaşdığı sürücülərdən şikayət edib:

“Deməli, gecə olan kimi Bakı küçələrinə, əsas da Bakı-Sumqayıt, Bakı-Xırdalan
yoluna maşın sürməyə “eşşəklər” çıxır. Adam onlara eşşək də demək istəmir.
Onlar eşşəkdirsə, onda eşşəklər də adamdırlar. Deyiləsi deyil… Çoxdankı ideyam
var. Onun biznes-planını yazacağam.

Yadınızdadırsa, siqnallar var idi, “Lambada” səsi verirdi, sifariş də edə
bilirdiniz. Elə bir siqnal sifariş edirsiniz ki, ürək sözlərinizi səsləndirsin
və yanınızdan növbəti dəfə biri keçəndə əziyyət çəkmirsiniz, səs tellərinizə
yazığınız gəlir. Bütün o bədahətən gələn emosiyaları özünüzdə saxlayırsınız.
Siqnalı basırsınız, o, sizin yerinizə ürək sözlərinizi həmin adama çatdırır.

Hələ bir-biri ilə yarışan yük maşınlarını demirəm. Gecə vaxtı məni
əsəbiləşdirdilər”.


Source link