016e0021-251e-422a-8034-918eaa7e86dd..jpg

Aparıcı Tarix Əliyev: “Onun-bunun ərini oğurlayan ailə dəyərlərindən danışır” – VİDEO

Baxış sayı: 807 dəfə baxılıb.

Aparıcı Tarix Əliyev: “Onun-bunun ərini oğurlayan ailə dəyərlərindən danışır”
– VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aparıcı Tarix Əliyev sosial verilişlərə müğənnilərin dəvət olunmasına
münasibət bildirib.

Cixisyolu.com xəbər verir ki, bu haqda o, özünün aparıcısı olduğu “Tarixin bir günü”
proqramında danışıb.

“Bu gün yemək bişirən veriliş də müğənni çağırır. Ay balam, yeməyini bişir,
otur soğan-kartofdan danış. Ailəsi olmayıb ailə qədri bilməyən, onun-bunun
ərini oğurlayanı çağırır, onlar orada otururlar, camaata ailə dəyərlərindən
danışırlar. Hər şey televiziyada müğənni üstündə qurulduğuna görə, ciddiyyətini
itirir. Baxıram ki, bu qadın evlər yıxıb. Çağırıblar sosial verilişə, kiminsə
qızına deyir ki, “Sən tərbiyəsizsən”, “Sən özündən yaşca böyük kişiylə
görüşmüsən”. Özü isə ondan 20 yaş balaca oğlanla görüşüb. Ona görə də
televiziyalarda müğənniləri şou xarakterli verilişlərə çağırın. Müğənni gəlir
ailə dəyərlərindən danışır. Müğənninin əri onu ayda üç dəfə görmür. Gəlir efirə
deyir, “Mən müğənniyəm, mən sənə deyə bilərəm. Mən ekspertəm”. Sən ekspertsən
deyə camaata ağzından çıxanı deyə bilərsən? Sən gəl mənə o sözü de. Ona görə də
bu gün insanlar televiziyalardan narazı olurlar”, – deyə o qeyd edib.

Həmin görüntüləri tədim edirik:


View this post on Instagram

A post shared by Cixisyolu.com (@oxuaz)

Source link