849ceda5-341a-4397-8410-6d8ef0defd0d..jpg

Aparıcı Tolik: “Axşam mənim verilişimdə idi”

Baxış sayı: 357 dəfə baxılıb.

Aparıcı Tolik: “Axşam mənim verilişimdə idi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mərhumun həyat yoldaşı Xalidə xanımla danışdım, deyir, gecə saat birdə
rəhmətə gedib. O radələrdə xırıldayıb və dünyadan köçüb”.

Bunu Cixisyolu.com-a açıqlamasında aparıcı Tarix Əliyev (Tolik) deyib.

O bildirib ki, Əməkdar artist Cavanşir Məmmədov axşam onun verilişində olub:

“Mənim verilişimdə idi, səhhətindən bir şikayəti yox idi. Bildiyimiz kimi,
ürəyində dörd stent vardı və şəkər xəstəliyindən əziyyət çəkirdi. Axşam
saatlarında dünyadan köçüb. Allah rəhmət eləsin”.

Xatırladaq ki, Əməkdar artist Cavanşir Məmmədov bu gün qəfil vəfat edib. Onun
ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Rövşən Əsədov

Source link