fa03e664-4ee5-4fb8-9552-452e40e7c2c4..jpg

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi” – FOTO/VİDEO

Baxış sayı: 640 dəfə baxılıb.

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi” –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət
icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə
kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova özünün “Facebook”
hesabında məlumat verib.

O, yenidən “Space TV”yə qayıtdığını bildirib:

“Artıq mən “Space” televiziyasının rəsmi əməkdaşı hesab olunuram. Kanalla
əməkdaşlıq edib-etməyəcəyimi isə zaman göstərər. Bu gün özlərinə də dedim.
Sabah kimin harada olacağı bəlli deyil. Mən “Space TV”yə qayıtdım, amma sabah
Vado Korovinin kanala rəhbərlik edib-etməyəcəyi bəlli deyil. Elə mənim də sabah
hansı vəzifələrdə ola biləcəyim sual altındadır. Bircə onu deyirəm ki, Allah
heç kimi heç kimin yanında xəcalətli etməsin. Bir-birimizi görəndə atdığımız
addımlardan utanmayaq. Üzlərə baxmağa üzümüz olsun. Bu da bir hekayənin sonu.
Gözəl başlanğıclar arzusu ilə…”

Qeyd edək ki, Zamirə sözügedən kanalda heç bir xəbərdarlıq edilmədən işdən
çıxarıldığını, daha sonra isə əmək kitabçasının ona verilmədiyini bildirmişdi.
Zamirə Dadaşova “Space TV”nin rəhbəri Vado Korovini məhkəməyə vermişdi. Aparıcı
daha sonra məhkəmədə qalib gəldiyini açıqlamışdı.

“Məhkəmənin qərarı ilə Space MMC-də işə bərpa olunmalı, işə bərpa olunan günə
qədər bütün əməkhaqqım ödənilməli və vəkilə ödədiyim rüsumu da cavabdeh
ödəməlidir. Sənədlərdə o qədər yanlışlıqlara yol veriblər ki, gördükcə şoka
düşürəm”, – deyə Zamirə qeyd etmişdi.

Həmin görüntüləri təqdim edirik:


View this post on Instagram

A post shared by Cixisyolu.com (@oxuaz)

Source link