56d26d7e-a25d-4cff-a4ea-48306725854e..jpg

APL-də ilk yarının geri dönüşləri – ARAŞDIRMA

Baxış sayı: 933 dəfə baxılıb.

APL-də ilk yarının geri dönüşləri – ARAŞDIRMA

Azərbaycan Premyer Liqasının (APL) 2022/2023 mövsümünün ilk yarısında
keçirilən oyunların 12-də geri dönüş olub.

“Report”un araşdırmasına görə, bu sayda matçda hesabda geri düşən komanda
sonda meydanı qalib kimi tərk etməyi bacarıb.

Bu baxımdan “Qarabağ” hamını qabaqlayır. Premyer Liqanın lideri keçirdiyi 4
görüşün gedişində hesabda geri düşsə də, aktivinə 3 xal yazdıra bilib. Qurban
Qurbanovun kollektivi bu qarşılaşmaların 3-də ilk topu buraxan tərəf olub.

“Sabah”la 7 qolun qeydə alındığı oyunda ağdamlılar 2:3-ü 4:3 hesabına
çeviriblər. Ümumiyyətlə, bu, ilk yarıda iki “kambək” olan yeganə qarşılaşmadır.
“Qarabağ”ın hesabı açdığı görüşün gedişində “Sabah” 3:2 önə keçsə də,
üstünlüyünü qoruyub saxlaya bilməyib.

“Qarabağ”la yanaşı, “Qəbələ”nin də 4 matçında geri dönüş yaşanıb. Lakin
“qırmızı-qararlar” bunun 3-də üstünlüyü qoruya bilməyərək, məğlubiyyətə düçar
olublar.

Komandaların oyunlarında geri dönüş sayları:

“Qarabağ” (4 dəfə) – 4 qələbə

“Qəbələ” (4) – 1 qələbə, 3 məğlubiyyət

“Sabah” (3) – 2 qələbə, 1 məğlubiyyət

“Zirə” (3) – 2 qələbə, 1 məğlubiyyət

“Neftçi” (3) – 1 qələbə, 2 məğlubiyyət

“Səbail” (2) – 1 qələbə, 1 məğlubiyyət

“Kəpəz” (2) – 1 qələbə, 1 məğlubiyyət

“Şamaxı” (1) – 1 məğlubiyyət

“Turan Tovuz” – 1 məğlubiyyət

“Sumqayıt” – 1 məğlubiyyət

Geridönüş olan oyunlar:

III tur. “Sabah” – “Neftçi” – 2:1

Qollar: Aleksey İsayev, 78 (pen.), Emmanuel Apeh, 90+1 (pen.) – Yusuf Laval,
45+1

IV tur. “Səbail” – “Kəpəz” – 4:1

Qollar: Qoba Zakpa, 52, Franko Mazurek, 55, Ağabala Ramazanov, 74, 90+5 –
Əfran İsmayılov, 11

V tur. “Zirə” – “Qəbələ” – 2:1

Qollar: Rəhim Sadıxov, 45, 74 – İsnik Alimi, 35 (pen.)

VI tur. “Qarabağ” – “Sabah” – 4:3

Qollar: Musa Qurbanlı, 29, Elvin Cəfərquliyev, 51, Ramil Şeydayev, 84 (pen.),
90+3 (pen.) – Emmanuel Apeh, 33, Coy Lens Mikels, 60, Aleksey Kaşuk, 68

VI tur. “Qəbələ” – “Neftçi” – 1:2

Qollar: Məqsəd İsayev, 32 – Ataa Caber, 46, 53

VII tur. “Kəpəz” – “Şamaxı” – 2:1

Qollar: Ahmed Ayzaya, 47, Abdullahi Şuaybu, 59 – Nihad Quliyev, 5

VII tur. “Zirə” – “Qarabağ” – 1:7

Qollar: Coşqun Diniyev, 34 – Toral Bayramov, 44, Musa Qurbanlı, 56, 60, 79,
84, Kadi Borqes, 64, Ramil Şeydayev, 68

VIII tur. “Turan Tovuz” – “Zirə” – 1:3

Qollar: Natan Oduva, 27 – Coşqun Diniyev, 33, Hamidu Keyta, 40, 48

VIII tur. ”Qarabağ” – “Neftçi” – 3:1

Qollar: Kadi Borqes, 56, Abdullah Zubir, 68, Kvabena Ovusu, 74 – Eddi
İsrafilov, 24

X tur. “Qarabağ” – “Sumqayıt” – 3:1

Qollar: Ramil Şeydayev, 67, 88 (pen.), Musa Qurbanlı, 73 – Almir Aqanspahiç, 55

XII tur. “Sabah” – “Qəbələ” – 2:1

Qollar: Aleksey Kaşuk, 63, Davit Volkov, 90+3 – İsnik Alimi, 5 (pen.)

XVI tur. “Qəbələ” – “Səbail” – 2:1

Qollar: Feras Abu Akal, 35, Ülvi İsgəndərov, 65 – Kizito Luvaqa, 5

Source link