0af41a1b-8aeb-4d9c-a21d-f16685d07d08..jpg

APL: İlk dövrənin penalti mənzərəsi – ARAŞDIRMA

Baxış sayı: 1. 035 dəfə baxılıb.

APL: İlk dövrənin penalti mənzərəsi – ARAŞDIRMA

Azərbaycan Premyer Liqasında (APL) 2022/2023 mövsümünün ilk yarısında ən çox
penalti qazanan və qapısına onbirmetrlik zərbə təyin edilən komandalar, eyni
zamanda, ən çox penalti yerinə yetirən futbolçular müəyyənləşib.

“Report”un araşdırmasına görə, çempionatın lideri “Qarabağ” hamıdan çox zərbə
vurmaq hüququna yiyələnib.

Ağdam klubunun üzvləri 8 dəfə rəqib qapıçılarla üzbəüz qalıblar ki, bunun 7-də
toru silkələmək mümkün olub. Ölkə çempionunu “Qəbələ”, “Neftçi” və “Sabah”
izləyirlər. İlk iki komanda 5 cəhdin hamısında rəqibi məyus etməyi bacarıb.
“Sabah” isə 5 zərbədən 3-də qol sevinci yaşayıb. “Şamaxı” ilk 18 turda
onbirmetrlik qazana bilməyib. “Kəpəz” isə əldə etdiyi yeganə şansı qaçırıb.

Premyer Liqanın autsayderi “Səbail” cərimə meydanı daxilində ən çox kobud
oynayan komandadır. Hakimlər qəsəbə təmsilçisinin qapısına 6 dəfə penalti təyin
ediblər. “Səbail” bunun 5-də mərkəzə dəvət olunub. “Turan Tovuz” və
“Sumqayıt”ın əleyhinə göstərilən 5 onbirmetrlik zərbənin 4-də rəqib fərqlənməyi
bacarıb. Maraqlıdır ki, “Sabah” və “Neftçi”nin qapısına 4 dəfə penalti
göstərilibsə, “Qarabağ”ın əleyinə belə hal yaşanmayıb.

Penalti zamanı topun arxasına ən çox keçən futbolçu “Qarabağ”ın hücumçusu
Ramil Şeydayevdir. 14 qolla bombardirlər yarışına başçılıq edən millinin
forvardı bunun 7-də məhz 11 metrlikdən fərqlənib. “Neftçi”nin kapitanı Emin
Mahmudov və “Qəbələ”nin şimali makedoniyalı yarımmüdafiəçisi İsnik Alimi 5
həmlədə yüz faizlik göstəriciyə imza atıblar.

Baş tutan 90 oyunda ümumilikdə 32 penalti təyin olunub, bunun 5-i qolla
nəticələnməyib.

Penalti vuran komandalar:

“Qarabağ” – 8 penalti/7 qol

I tur: Ramil Şeydayev (“Səbail” – 3:1)

VI tur: Ramil Şeydayev (“Sabah” – 4:3)

VI tur: Ramil Şeydayev (“Sabah” – 4:3)

X tur: Ramil Şeydayev (“Sumqayıt” – 3:1)

XI tur: Ramil Şeydayev (“Turan Tovuz” – 3:0)

XIII tur: Ramil Şeydayev (“Kəpəz” – 3:1)

XIII tur: Musa Qurbanlı (“Kəpəz” – 3:1) – qolla nəticələnməyib

XVII tur: Ramil Şeydayev (“Qəbələ” – 1:0)

“Qəbələ” – 5/5

I tur: İsnik Alimi (“Turan Tovuz” – 2:0)

V tur: İsnik Alimi (“Zirə” – 1:2)

VIII tur: İsnik Alimi (“Səbail” – 2:1)

XII tur: İsnik Alimi (“Sabah” – 1:2)

XV tur: İsnik Alimi (“Sumqayıt” – 1:1)

“Neftçi” – 5/5

V tur: Emin Mahmudov (“Sumqayıt” – 3:0)

XI tur: Emin Mahmudov (“Sabah” – 2:3)

XV tur: Emin Mahmudov (“Səbail” – 3:1)

XV tur: Emin Mahmudov (“Səbail” – 3:1)

XVII tur: Emin Mahmudov (“Turan Tovuz” – 1:0)

“Sabah” – 5/3

III tur: Aleksey İsayev (“Neftçi” – 2:1)

III tur: Emmanuel Apeh (“Neftçi” – 2:1)

III tur: Kristian Sebalyos (“Neftçi” – 2:1) – qolla nəticələnməyib

VII tur: Elvin Camalov (“Turan Tovuz” – 3:1)

XIII tur: Aleksey Kaşuk (“Səbail” – 2:0) – qolla nəticələnməyib

“Turan Tovuz” – 3/3

VI tur: Runi Eva (“Kəpəz” – 2:0)

X tur: Runi Eva (“Səbail” – 2:2)

XIII tur: Runi Eva (“Şamaxı” – 1:3)

“Zirə” – 3/2

IV tur: Hamidu Keyta (“Neftçi” – 1:2)

XI tur: Rəhim Sadıxov (“Sumqayıt” – 2:0)

XVI tur: Hamidu Keyta (“Turan Tovuz” – 2:1) – qolla nəticələnməyib

“Sumqayıt” – 1/1

VI tur: Almir Aqanspahiç (“Şamaxı” – 1:1)

“Səbail” – 1/1

VIII tur: Ağabala Ramazanov (“Qəbələ” – 1:2)

“Kəpəz” – 1/0

VIII tur: Giorgi Kantariya (“Sumqayıt” – 0:0) – qolla nəticələnməyib

“Şamaxı” – 0/0

Qapısına penalti təyin olunan komandalar:

“Səbail” – 6 penalti / 5 qol

“Turan Tovuz” – 5/4

“Sumqayıt” – 5/4

“Sabah” – 4/4

“Neftçi” – 4/3

“Kəpəz” – 3/2

“Qəbələ” – 2/2

“Şamaxı” – 2/2

“Zirə” – 1/1

“Qarabağ” – 0/0

Ən çox penalti yerinə yetirən futbolçular:

Ramil Şeydayev (“Qarabağ”) – 7 penalti / 7 qol

İsnik Alimi (“Qəbələ”) – 5/5

Emin Mahmudov (“Neftçi”) – 5/5

Runi Eva (“Turan Tovuz”) – 3/3

Hamidu Keyta (“Zirə”) – 2/1

Source link