“Apple” bu ilin sonunda üç yeni “iPhone” modeli buraxmağı planlaşdırır.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi korporasiyadan olan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, yeni modellər indiyə kimi buraxılmış “iPhone”larla müqayisədə böyük ekrana malik olacaq. Smartfonlar, böyük ehtimalla, yenilənmiş iOS12 əməliyyat sistemi və daha geniş funksionallığa malik “Siri” fərdi yardımçısı ilə təchiz ediləcək.
Şərti olaraq “D33” adlandırılan böyük smartfon bütün ön panel boyunca yayılan 6,5 düym ekrandan ibarət olacaq və ikiyə bölünən ekran funksiyası ilə təchiz ediləcəyi istisna edilmir.
Bundan başqa, “iPhone X” modelində olduğu kimi, “böyük” smartfonda smartfonu təhlükəsizlik şəkildə blokdan çıxarmağa kömək olan Face ID texnologiyasını işə salıb. “iPhone X” büdcə versiyasında A12 prosessorundan istifadə olunacağı bildirilir.
Agentliyin məlumatına görə, gələcəkdə iki SİM kartı dəstəkləyən böyük ekranlı smartfonun da istehsalı istisna edilmir. Ancaq hələlik bununla bağlı qərar yoxdur.
Agentlik qeyd edir ki, smartfonlarda E-SİM texnologiyasının tətbiqi də gözlənilir. Bu texnologiya SİM kartı dəyişmədən müxtəlif provayderlərə qoşulmağa imkan verir.
“Apple” şirkətinin rəsmisi yayılan xəbəri şərh etməkdən imtina edib.