“Apple” məhsullarında kütləvi nasazlıq yaranıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Apple”ın əksər xidmətləri ilə bağlı problemlər yaranıb.
Bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
Qeyd olunur ki, yaranan nasazlıqlar tez bir zamanda aradan qaldırılıb.
Bütün dünya üzrə istifadəçilər bir neçə “Apple”ın xidmətlərindən istifadə
edərkən problemlərlə qarşılaşıblar. Müvəqqəti olaraq “App Store”, “Apple TV”,
“Apple Music” və digər xidmətlərdə xəta baş verib.
“Apple”ın saytındakı məlumata görə, üç tətbiqdə bəzi kiçik problemlər hələ də
müşahidə edilsə də, əvvəllər problem yaşanan xidmətlərin əksəriyyəti yenidən
normal işləyir.
Uğursuzluğun səbəbi barədə hələlik rəsmi məlumat yoxdur.
Mənbə: Downdetector