“Apple” yeni əməliyyat sistemini təqdim edib – VİDEO

“Apple” yeni əməliyyat sistemini təqdim edib – VİDEO

Baxış sayı: 2. 243 dəfə baxılıb.

“Apple” korporasiyası “iOS” əməliyyat sisteminin yeni (12-ci) versiyasını təqdim edib.

ÇıxışYolu.Com xəbər verir ki, təqdimat “WWDC” konfransı çərçivəsində baş tutub və canlı şəkildə şirkətin saytında yayılıb.

Əməliyyat sisteminin yeni versiyasında bütün qadjetlər üçün səmərəlilik əmsalı arıtırılıb. Belə ki, bundan sonra tətbiqlər 40 faiz, kamera isə 70 faiz daha tez işə düşəcək.

Tərtibatçılar eyni zamanda “Foto” tətbiqinə yaxşıca əl gəzdirərək, dizaynını dəyişib və fotolar əsasında axtarışı yaxşılaşdırıb.

Bundan başqa sistemə “Measure” tətbiqi əlavə olunub. Bu tətbiq əlavə reallıq (augmented reality) funksiyası hesabına obyektlərin həqiqi ölçülərini öyrənməyə imkan verir.

Həmçinin bildiriş sistemində tətbiqlər üzrə çeşidləmə funksiyası peyda olub.

Hər həftə smartfon sosial şəbəkələrdə və ya messencerlərdə aparılan əməliyyatlarla bağlı qrafik tərtib edəcək. Qrafika əsasən istifadəçi bu və ya digər sosial şəbəkəyə nə qədər vaxt sərf etdiyini dəqiq biləcək.

Bundan savayı “animocilər”ə yeni maraqlı görüntülər verilib. Dinozavr, pələng, kabus və koala kimi yeni maskalar peyda olub.

İstifadəçilər öz simaları əsasında da xüsusi “animocilər” yarada biləcək.

.
www.ÇıxışYolu.Com