“Apple”ın həmtəsisçisi Mexikodakı xəstəxanaya yerləşdirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Apple”ın həmtəsisçisi 73 yaşlı Stiv Voznyak xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Voznyak Dünya Biznes Forumunda çıxış etməli imiş. O, forumda
çıxışı ərəfəsində özünü pis hiss edib, başı gicəllənib. Voznyak təcili olaraq
Santa Fe şəhərinin mərkəzindəki tibb mərkəzinə aparılıb.
Qeyd edək ki, hazırda iş adamının vəziyyəti stabildir.
Mənbə: Meduza