33602982-4699-4fbf-a7f3-55384f20a95f..jpg

“Aprel döyüşlərinin hərbi-siyasi əhəmiyyəti Vətən müharibəsində özünü göstərdi” – ŞƏRH + FOTO

Baxış sayı: 1. 054 dəfə baxılıb.

“Aprel döyüşlərinin hərbi-siyasi əhəmiyyəti Vətən müharibəsində özünü
göstərdi” – ŞƏRH + FOTO

“2016-cı ildə baş verən dördgünlük müharibə – Aprel döyüşləri Vətən
müharibəsinin ilkin məşqləri idi”.

Bu sözləri Cixisyolu.com-a Aprel döyüşlərinin siyasi və hərbi əhəmiyyəti haqqında
danışarkən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə
komitəsinin sədriZiyafət Əsgərov deyib. O qeyd edib ki, Aprel döyüşləri zamanı
Birinci Qarabağ müharibəsindən uzun müddət sonra ilk dəfə bir neçə günlük
müharibə aparıldı, ermənilərin təxribatı nəticəsində keçmiş cəbhə xətti boyunca
lokal döyüşlər getdi:

“Döyüşlərin nəticəsi olaraq, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin,
Lələtəpə yüksəkliyinin azad edilməsi rezonans doğurdu. Həmin dövrdə
insanlarımızda Ordumuza olan rəğbət və inam daha da artdı, ruh yüksəkliyi
yarandı ki, hərbçilərimizin rəşadəti, texnikamızın gücü sayəsində müharibə yolu
ilə torpaqlarımızı işğaldan azad edə bilərik. Cocuq Mərcanlının azadlığına
qovuşması Birinci Qarabağ müharibəsindən sonra ilk belə sevindirici xəbər idi.
Biz hər zaman sülh tərəfdarı olsaq da, Aprel döyüşləri göstərdi ki, müharibə
ilə də məsələni həll edə bilərik.

Savaşın 4-cü günündə Ermənistana havadarlıq edən qüvvələrin aktivləşməsi və
müdaxiləsi nəticəsində Aprel döyüşləri dayandırıldı. Hər zaman olduğu kimi,
dünya haqq səsimizə dəstək göstərmədi, ikili standartlar nümayiş etdirildi.

Bütün bunlara baxmayaraq, Ordumuz gücünü toplamağa davam edirdi. Ordu ilə
xalqın birliyi nəticə etibarı ilə Vətən müharibəsində əzəmətli və möhtəşəm
Zəfərimizə gətirib çıxardı. Ona görə qətiyyətlə qeyd edə bilərik ki, Aprel
döyüşləri Azərbaycanın hərb tarixində xüsusi yeri və çəkisi olan dönəmdir”.

Komitə sədri erməni baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın bu
günlərdə gündəm olan etirafını da xatırladıb. Ziyafət Əsgərov Ermənistan
ordusunun Azərbaycan qarşısında darmadağın olduğunu və bunu Ermənistan
rəhbərliyinin də artıq etiraf etdiyini deyib:

“Anna Akopyan ermənilərin fərariliyi haqqında açıqlama verib. O qeyd edir ki,
Vətən müharibəsi zamanı 11 min erməni fərari olub. Biz bu faktları qeyd edəndə
buna inanmayanlar olurdu. Amma indi erməni rəhbərliyi özü bunu etiraf etməyə
məcbur olub. Onlar Azərbaycan Ordusu qarşısında duruş gətirə bilmədiklərini
boyunlarına alırlar. Ermənistan başa düşməlidir ki, Azərbaycana qarşı bir daha
ərazi iddialarına qapılsa, hücum etmək istəsə, bu dəfə artıq 11 min deyil, yüz
minlərlə erməni hətta ölkəni tərk edə bilər. Ermənistan ordusunun döyüş
qabiliyyəti, onsuz da, yox idi, Vətən müharibəsində isə birdəfəlik onların beli
sındı. Orduya və dövlətə inamsızlıq, Ermənistan cəmiyyətində ruh düşkünlüyü pik
həddədir. Biz isə öz üstünlüyümüzü qoruyuruq və uzun illər regionda aparıcı
ölkə olaraq, mövqeyimizi möhkəmləndirəcəyik.

Bir daha qeyd edirəm, Azərbaycanın son dövrlərdə döyüş meydanında qazandığı
uğurlarda Aprel döyüşlərinin payı yüksəkdir. Biz bu dördgünlük müharibəni tarix
dərsliklərində, hərbi-elmi materiallarda dönə-dönə qeyd etməliyik ki,
qələbələrimiz üçün əhəmiyyətli olan bu hadisələr gənc nəslin yaddaşında daim
qalsın.

Bütün şəhidlərimizə isə Allahdan rəhmət diləyirəm”.

Xatırladaq ki, dördgünlük müharibə olaraq da adlandırılan Aprel döyüşləri
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayıb. Aprel döyüşləri Qarabağda
1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər
idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib, Tərtər
rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə
yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər
rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində
yollar düşməndən azad olunub.

5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə
yenidən atəş dayandırılıb.

Aysel Aslan

Source link