e2987e75-b757-4a82-8fda-e54acabd657c..jpg

Aprel döyüşlərinin səkkizinci ildönümü ilə əlaqədar tədbirlər keçirilib – FOTO

Baxış sayı: 473 dəfə baxılıb.

Aprel döyüşlərinin səkkizinci ildönümü ilə əlaqədar tədbirlər keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən,
Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi
təyinatlı təhsil müəssisələrində 2016-cı ilin Aprel döyüşlərində qazanılan
qələbənin səkkizinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi qulluqçular, Aprel döyüşlərinin iştirakçıları, şəhid ailə
üzvləri və ictimaiyyət nümayəndələri İkinci Şəhidlər xiyabanını ziyarət edərək
şəhid məzarları önünə gül çələngləri, qərənfillər düzüb, unudulmaz
şəhidlərimizə ehtiramlarını bildiriblər.

Keçirilən tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və
torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirələri bir
dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib.

Tədbirdə çıxış edənlər Aprel döyüşlərinin başvermə səbəbləri, Azərbaycan
əsgərinin bu döyüşlər zamanı peşəkarlıq, şücaət, qəhrəmanlıq nümunələri
göstərərək düşmənə dağıdıcı və sarsıdıcı zərbələr vurmasından danışıblar. Aprel
döyüşlərində qazanılan qələbənin uğurlu Günnüt əməliyyatında, Tovuz
döyüşlərində, Vətən müharibəsində, o cümlədən lokal xarakterli antiterror
tədbirləri zamanı əldə etdiyimiz möhtəşəm Zəfərin başlanğıcı olduğu vurğulanıb.

Tədbirlərin bədii hissəsində Aprel döyüşlərinə həsr olunan sənədli filmlər
nümayiş olunub, şeirlər səsləndirilib, Həzi Aslanov adına Ordu İdeoloji və
Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərlik mövzusunda musiqi
nömrələri və ədəbi-musiqili kompozisiya təqdim edilib.
Həmçinin hərbi qulluqçularımız şəhid ailələrinə baş çəkərək onların qayğı və
istəkləri ilə maraqlanıblar.

Source link