“Sovet İttifaqı vaxtı bir çox statuslar, o cümlədən “qəhrəman ana” statusu var idi. Onlara da tətbiq edilən güzəştlər var idi. Çingiz Abdullayev çox maraqlı bir təkliflə çıxış edib ki, niyə bizdə “Şəhid anaları” medalı təsis edilmir? Çingiz Abdullayevin təklifi çox maraqlıdır”.
Bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Aqil Abbas deyib.
“Hesab edirəm ki, bu məsələyə baxmaq olar” – deyə, deputat bildirib.