b07faa83-7337-48b8-9f84-ec9bd6a46ad4..jpg

Aqrar Xidmətlər Agentliyinə yeni sədr təyin olunub

Baxış sayı: 682 dəfə baxılıb.

Aqrar Xidmətlər Agentliyinə yeni sədr təyin olunub

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyinin (AXA)
sədri vəzifəsinə təyinat olub.

“Report” xəbər verir ki, nazir Məcnun Məmmədov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, yeni sədr Sərdar Hacıyevdir.

O, bundan əvvəl “PAŞA Holdinq” MMC-yə məxsus “Yalama Aqropark” MMC-nin İdarə
Heyətinin sədri olub və yeni vəzifəsində Mirzə Əliyevi əvəz edib.

Xatırladaq ki, AXA Prezident İlham Əliyevin “Aqrar sahədə idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 yanvar 2019-cu il
tarixli fərmanı ilə aqrar sahədə göstərilən dövlət xidmətlərinin
optimallaşdırılması, səmərəliliyinin artırılması, həmin xidmətlərin daha az
resurs sərf etməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu
sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata
keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ
həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi, vətəndaş
məmnunluğunun artırılması məqsədi ilə KTN yanında Dövlət Fitosanitar
Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum
Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin
əsasında yaradılıb.

Source link