“Aqrolizinq”ə yeni sədr təyin edilib - YENİLƏNİB

“Aqrolizinq”ə yeni sədr təyin edilib – YENİLƏNİB

Baxış sayı: 1. 998 dəfə baxılıb.

“Aqrolizinq” ASC-nin yeni sədrinin adı məlum olub.

ÇıxışYolu.Com-ın APA-ya istinadən verdiyi xəbərə görə, ASC-nin yeni sədri Seymur Mövlayevdir.

S. Mövlayev bundan əvvəl 3 saylı “ASAN xidmət” Mərkəzinin direktoru olub.

Qeyd edək ki, S. Mövlayevdən əvvəl “Aqrolizinq”in sədri Elşən Məmmədov olub. Kənd təsərrüfatı nazirinin əmri ilə E. Məmmədov Nazirliyin Texniki siyasət şöbəsinin direktoru təyin olunub.

13:15

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov vəzifəsindən azad edilib. 

ÇıxışYolu.Com-ın Report-a istinadən məlumatına görə, bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb.

Əmrə əsasən, E.Məmmədov nazirliyin Texniki siyasət şöbəsinin müdiri təyin olunub.

www.ÇıxışYolu.Com