AQTA Bakıdakı final oyunu ilə bağlı nəzarəti gücləndirib

Baxış sayı: 3. 419 dəfə baxılıb.

AQTA Bakıdakı final oyunu ilə bağlı nəzarəti gücləndirib

AQTA mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyunu ilə əlaqədar nəzarət tədbirlərini gücləndirib. 

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Agentliyin əməkdaşları tədbir məkanlarında qida və içki satışını həyata keçirəcək şirkətlərlə görüş keçirib, qida təhlükəsizliyi tədbirlərinin vəziyyətini öyrəniblər. Eyni zamanda, oyuna hazırlıq dövründə və oyun günü qida təhlükəsizliyinə dair tələblərin yerinə yetirilməsi üçün sözügedən şirkətlərə peşəkar tövsiyələr verilib.

Bununla yanaşı hakimlərin, komandaların, UEFA qərargah üzvlərinin, təminatçıların və KİV nümayəndələrinin yerləşdiyi hotellərə qida təhlükəsizliyinə əməl olunması ilə bağlı tədbirləri əks etdirən məlumatlar  verilib. 

Eləcə də, Qış parkı və Sahil parkında təşkil olunan azarkeşlərin toplaşma məntəqəsi ətrafında yerləşən ictimai iaşə müəssisələrinə qida təhlükəsizliyinə əməl olunması barədə məlumatlar verilib və onlara bildirişlər təqdim olunub.

Qida təminatçısı şirkətlərə qida təhlükəsizliyinə dair tələbləri əks etdirən təlimatlar göndərilib, qida təhlükəsizliyinə riayət olunması vəziyyətini öyrənmək məqsədi ilə  qidalardan nümunələri götürülüb və laborator müayinələrdən keçirilib.