8ee57f60-cadf-4243-91bf-d2085bbcb5ae..jpg

AQTA enerji içkilərinin reklamı ilə bağlı xəbərdarlıq edib

Baxış sayı: 1. 025 dəfə baxılıb.

AQTA enerji içkilərinin reklamı ilə bağlı xəbərdarlıq edib

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu günə qədər enerji içkisi olan
məhsulların dövriyyəsinin tənzimlənməsi, habelə enerji içkisi olmayan
məhsulların enerji içkisi kimi satılması ilə bağlı genişmiqyaslı
nəzarət-yoxlama tədbirləri həyata keçirib.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, ancaq buna baxmayaraq, hələ də kütləvi yayım vasitələrində
enerji içkisi olmayan məhsulların enerji içkisi kimi təbliğatı və bununla da
istehlakçıların aldadılması hallarına rast gəlinir.

AQTA xəbərdarlıq edir ki, kütləvi yayım vasitələrində enerji içkisi olmayan
məhsulların enerji içkisi təəssüratı yaratmaqla təbliğat tədbirlərinin
aparılması aşkar olunarsa, həmin enerji içkilərinin istehsalı və dövriyyəsi ilə
əlaqədar daha sərt tənzimləmə mexanizmləri tətbiq olunacaq və bu cür hallara
yol verən şirkətlərlə bağlı inzibati tədbirlər görüləcək.

Source link