1d157e0a-8184-47b0-837b-ac82dae4e266..jpg

AQTA kolbasa və sosis məhsullarında aparılan yoxlamaların nəticəsini açıqlayıb – SİYAHI

Baxış sayı: 710 dəfə baxılıb.

AQTA kolbasa və sosis məhsullarında aparılan yoxlamaların nəticəsini açıqlayıb
– SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və
sosis məhsullarında aparılan yoxlamaların nəticəsini açıqlayıb.

AQTA tərəfindən ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın tətbiqi
ilə mövcud problemlərin, o cümlədən baş verən zəhərlənmə halları və daxil olan
istehlakçı şikayətlərinə dair məlumat bazasının təhlili nəticəsində bir sıra
qida təhlükəsizliyi problemlərinin müəyyənləşdirilərək müvafiq addımların
atılması məqsədilə hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir.

Bununla əlaqədar, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən
kolbasa və sosis məhsullarından nümunələr götürülərək, müayinə üçün Azərbaycan
Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Belə
ki, cari dövr ərzində 57-si kolbasa, 32-si sosis olmaqla, ümumillikdə 89 adda
məhsuldan nümunə götürülüb. Nümunələrin sınaq nəticəsinə əsasən, 80 məhsuldan
götürülən nümunə normativ sənədlərin tələblərinə cavab verib.

6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosis) uyğunsuzluqlar
müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, biri sosis) uyğunsuzluq
təhlükəsizlik göstəriciləri ilə, 5-də isə (3-ü kolbasa, 2-si sosis) etiket
məlumatları ilə bağlıdır.

Nəzarət tədbirləri zamanı, həmçinin “Halal” adı ilə satışa çıxarılan kolbasa
və sosis məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz
əti aşkarlanmayıb.

Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı
uyğunsuzluq aşkarlanan istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun
yoxlamalar həyata keçirilir, həmin məhsulların satış şəbəkələrindən geri
çağırılması, məhdudiyyətlərin tətbiqi, inzibati məsuliyyət və digər tədbirlər
görülür. Yoxlamaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat təqdim
ediləcək.

Bununla yanaşı, AQTA istehlakçılara müraciət edir ki, satış şəbəkələrində
təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosis məhsulu
partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda dərhal
Agentliyin “1003” Çağrı Mərkəzinə məlumat versinlər.

Uyğunsuzluq aşkarlanan kolbasa-sosis məhsulları və istehsalçıları ilə
aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Multimonitorinq Planının icrası məqsədilə kolbasa və sosis məhsullarından
götürülmüş nümunələrdə aşkarlanan uyğunsuzluqlara dairMƏLUMAT

Məhsulun istehsalçısı

Məhsulun əmtəə nişanı

Məhsulun növü

İstehsal tarixi

Aşkarlanan uyğunsuzluq

1

“Səhliyalı” Kiçik Müəssisəsi

“Səhliyalı”

yarım hisə verilmiş “Servelat” kolbasası

10.02.2023

Üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb

2

Rəhimovların Ailə Təsərrüfatı

“Kəndli”

bişirilmiş hisə verilmiş kolbasa

22.02.2023

Üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb

3

“Sevilən Ad” MMC

“Dilim-Dilim”

bişmiş “Lyubitelskaya” kolbasası

21.02.2023

Təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb

4

“Əsl Dad”

bişmiş “Toyuq” kolbasası

10.02.2023

5

“Əsl Dad”

bişmiş “Doktorskaya” kolbasası

20.02.2023

6

“Mir 2016” MMC

“Köhnə Dad”

yarım hisə verilmiş “Servelat” kolbasası

04.02.2023

Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb

7

“M&T” Ltd firması

“Sevimli Dad”

əla növ südlü sosis

05.02.2023

Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb

8

“Səhliyalı” Kiçik Müəssisəsi

“Halal 5+”

“Sacüstü” halal sosis

04.02.2023

Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb

9

“Ovçular Ət və Ət Məhsulları” MMC

“Ovçular”

“Külləmə” halal sosis

17.02.2023

Təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb

Source link