b4096867-de39-4221-b3cd-f29b114add88..jpg

AQTA qeydiyyatdan keçməyən daşınma şirkətlərinə xəbərdarlıq edib

Baxış sayı: 622 dəfə baxılıb.

AQTA qeydiyyatdan keçməyən daşınma şirkətlərinə xəbərdarlıq edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qeydiyyatdan keçməyən daşınma
şirkətlərinə xəbərdarlıq edib.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, bu günədək qida məhsullarının daşınması və çatdırılması
fəaliyyəti ilə məşğul olan “Bolt Services AZ” MMC, “Ozio” MMC, “İndi Market”
MMC, “Bazarstore” MMC, “Too Far Logistics” MMC, “iBox” MMC və “Competo” MMC
qida təhlükəsizliyi qeydiyyatından keçib.

Eyni zamanda həyata keçirilən monitorinqlər zamanı bir sıra ictimai iaşə
müəssisələrinin və ticarət obyektlərinin qeydiyyatdan keçməyən daşınma
şirkətləri ilə əməkdaşlığı davam etdirdiyi məlum olub.

AQTA xəbərdarlıq edir ki, qeydiyyatdan keçmədən qida məhsullarının daşınması
fəaliyyəti ilə məşğul olmaq qanunvericiliyə ziddir, eyni zamanda bu kimi
şirkətlərlə əməkdaşlıq edən ictimai iaşə müəssisələri və ticarət obyektləri ilə
bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.

Onu da qeyd edək ki, qeydiyyatdan keçmiş müəssisələrə agentlik tərəfindən qida
təhlükəsizliyinin təmin edilməsi ilə bağlı metodiki dəstək göstərilir, habelə
müvafiq tələblərin mərhələli şəkildə icrasına və fəaliyyətin qida
təhlükəsizliyi tələblərinə uyğunlaşdırılmasına hərtərəfli köməklik olunur.

Bu istiqamətdə qeydiyyatdan keçmiş daşınma şirkətləri ilə əməkdaşlıq hazırda
davam etdirilir.

Source link