e44d0584-60b3-4bdf-8f00-aadfdba3a976..jpg

AQTA tərəfindən Azərbaycandan Çinə quş əti və digər quşçuluq məhsullarının ixracına icazə əldə olunub

Baxış sayı: 612 dəfə baxılıb.

AQTA tərəfindən Azərbaycandan Çinə quş əti və digər quşçuluq məhsullarının
ixracına icazə əldə olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Çin
Xalq Respublikasının (ÇXR) Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi ilə
keçirilən görüşlər, həmçinin işçi qaydada aparılan tədbirlər nəticəsində quş
əti və digər quşçuluq məhsullarının bu ölkəyə ixracına icazə əldə olunub.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, agentlik tərəfindən ÇXR-in müvafiq qurumu ilə aparılan
əməkdaşlıq çərçivəsində bu ölkənin baytarlıq sahəsi üzrə idxal tələbləri əldə
olunub və həmin istiqamətdə Azərbaycan Respublikası ərazisində epizootoloji
monitorinqlər, risk təhlilləri, tədqiqatlar, müəssisələrin qiymətləndirilməsi,
məhsullar üzrə baytarlıq-sanitariya nəzarətinin gücləndirilməsi və digər
tədbirlər həyata keçirilərək görülən işlər barədə hesabatlar müqabil tərəfə
təqdim olunub.

Həmçinin, AQTA nümayəndə heyəti ilə Çin sahibkarlarından ibarət nümayəndə
heyəti arasında 2023-cü il 18 may tarixində fitosanitar və baytarlıq
nəzarətində olan məhsulların bu ölkə bazarlarına ixracı barədə müzakirələr
aparılıb, 19 may tarixində isə ÇXR-ə quş əti idxalına maraqlı olan idxalçıları
ilə Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasında görüş və
beş quşçuluq təsərrüfatına baxış keçirilib.

ÇXR-in Baş Gömrük İdarəsi, Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi AQTA
tərəfindən təqdim edilmiş müvafiq hesabatları və tədqiqat nəticələrini əsas
götürərək Azərbaycan Respublikasının bütün ərazisində yüksək patogen quş
qripinin mövcud olmadığını təsdiqləyib. Bununla da, Çinin müvafiq qurumunun
2006-cı il 619 saylı qərarı ləğv edilib.

Yeni qərara əsasən, ÇXR-in qida təhlükəsizliyi ilə bağlı qanun və tələblərinə
uyğun gələn Azərbaycanda istehsal olunan quş əti və digər quşçuluq
məhsullarının idxalına 8 dekabr 2023-cü il tarixdən etibarən icazə verilir.

Sahibkarların diqqətinə çatdırılır ki, Çinə quş əti və digər quşçuluq
məhsullarının ixracı, eyni zamanda, müqabil ölkənin qida təhlükəsizliyi üzrə
qanunvericiliyi ilə tanış olmaq, həmçinin metodiki köməklik üçün agentliyə
müraciət edə bilərlər.

Source link