45c1ffc0-9cdc-4925-a9c4-595396c6cee1..jpg

AQTA yeddi ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlayıb

Baxış sayı: 588 dəfə baxılıb.

AQTA yeddi ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlayıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı
hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi
istiqamətində tədbirləri davam etdirir.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida
sahəsində fəaliyyət göstərən 17 ticarət müəssisəsi və 8 ictimai iaşə
müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 7 müəssisədə
nöqsanlar müəyyən olunub.

Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi
müayinədən keçirilməməsi ilə bağlı 5, qida təhlükəsizliyi qeydiyyatına dair
çıxarışın olmaması ilə bağlı 3, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan
heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 2, qida məhsullarının açıq şəkildə
satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 1 nöqsan
aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası
məcburi göstərişlər verilib.

Source link