8fe278ea-2f2d-4faa-9b42-af5b31441ee8..jpg

ARAF-ın baş katibi: “Çövkən idman növünün beynəlxalq status alması tarixi andır”

Baxış sayı: 625 dəfə baxılıb.

ARAF-ın baş katibi: “Çövkən idman növünün beynəlxalq status alması tarixi
andır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu bizim atçılıq idmanı üçün tarixi andır. Çünki Azərbaycanın ən qədim
oyunlarından biri olan çövkən beynəlxalq status alır”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan
Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev
Beynəlxalq Çövkən Federasiyasının I Baş Assambleyasının Bakıda keçirilməsi ilə
bağlı danışarkən deyib.

ARAF rəsmisi bu gün start götürən toplantıda qurumun Əsasnaməsinin təsdiq
olunacağını bildirib:

“Rəhbər vəzifələrə, prezident və vitse-prezident postlarına seçkilər
keçiriləcək. Burada dünyanın bütün qitələrini əhatə edən 19 ölkə iştirak edir.
Onların hər birinin səsi önəmlidir. Bu, Azərbaycan üçün ilkdir. İlk dəfə bizim
idman növü beynəlxalq status alır. Ümid edirəm ki, bütün tədbirlər uğurlu
alınacaq və sabah bu federasiyanın yaranmasını açıqlayacağıq”.

Source link