734a075c-079f-49fb-be41-7e0cb89bab6d.webp

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Baxış sayı: 317 dəfə baxılıb.

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat
verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsinin və digər suveren
ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra
yaradılmış qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako
Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, eləcə də
“parlament sədri” David İşxanyan, generallar David Manukyan və digərlərinin
barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı
Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və Azərbaycan
Respublikasının baş prokurorunun təqdimatlarına Binəqədi rayon məhkəməsində
baxılıb.

İstintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi, Hərbi prokurorluq, Dövlət
Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının
peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət
işi üzrə separatçı rejimin ümumilikdə 14 nəfər üzvü Cinayət Məcəlləsinin
müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub.

Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs
qətimkan tədbirinin müddəti uzadılıb.

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs
müddəti uzadılıb
Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Source link