Arakanlılar kəndlərinin atəşə verildiyini, yandırıldığını görmüş, barbar təcavüzə, çox sayda insanın qətlinə, işgəncələrə şahid olmuşdular; doğrusu, bu yaşananların bənzəri yoxdur.
ÇıxışYolu.Com-ın verdiyi xəbərəgörə, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Myanmada məruz qaldıqları zülmlərə rəğmən torpaqlarını tərk edib Banqladeşə sığınan rohinca müsəlmanların durumunu şərh edərkən deyib.
Quterreş və Dünya Bankının rəhbəri Jim Yong Kim, Banqladeşdəki sığınacaqlardan birinə pənah gətirən şəxsləri ziyarət etdikdən sonra “Facebook”dan etdikləri canlı yayında təəssüratları ilə bölüşüblər.
Mövcud vəziyyətin dəyişməsi üçün Myanmaya daha çox təzyiq edilməsi və arakanlı müsəlmanların şərəfli şəkildə geri dönmələrinin təmin olunmasının zəruriliyini vurğulayan Quterreş, bütün resursların düşərgələrdə məhrumiyyətlər içində yaşayan rohinca müsəlmanlar üçün səfərbər edilməsinin vacibliyini dilə gətirib.
www.ÇıxışYolu.Com