Aramsız yağışların Kürdəmirdə evlərdə və həyətlərdə yaratdığı FƏSADLAR – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Küçələrdə, evlərdə, həyətyanı sahələrdə, hətta zirzəmilərdə də yağış suları
var.
Xezerxeber.az-ın məlumatına görə, Kürdəmirdə yağışın fəsadları hələ də
qalmaqdadır.
Sakinlərin sözlərinə görə, küçə və həyətlərə yağış sularının dolma
səbəblərindən biri də kanalizasiya xəttinin olmamasıdır.
Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhərin
Tural Qurbanov küçəsi 2018-ci ildə asfaltanıb.
Son illərdə həmin küçədə dəmir yolu xətti boyunca yeni fərdi yaşayış evləri
tikilib, dalanlar yaranıb. “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət
Proqramı”na uyğun olaraq “Azərsu” ASC tərəfindən 2011-ci ildə Kürdəmir
şəhərinin və bitişik ərazilərin kanalizasiya xətlərinin çəkilişinə başlanılıb.
Lakin işlər 2014-cü ildə yarımçıq saxlanılıb.
Buna görə də, intensiv yağış yağdıqda şəhərin bəzi küçələrində olduğu kimi
Tural Qurbanov küçəsinin də bir çox hissəsində su yığılaraq qalır.
“Azərsu” ASC-dən isə bildirilib ki, Kürdəmir şəhərində mərkəzləşdirilmiş su
infrastrukturu layihəsi icra olunaraq tamamlanıb. Şəhərin kanalizasiya
şəbəkəsinin layihəsi də hazırlanıb və gələcəkdə icra ediləcək.
Ətraflı süjetdə: