1b7654df-a6d5-4310-b4f6-0c435bc58e68..jpg

Aran rayonlarında Anım Günü qeyd olunub – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 571 dəfə baxılıb.

Aran rayonlarında Anım Günü qeyd olunub – YENİLƏNİB + FOTO/VİDEO

Aran bölgəsində 27 Sentyabr – Anım Günü qeyd olunub.

“Report”un Aran bürosu xəbər verir ki, Salyan, Neftçala, Şirvan, Hacıqabul,
Sabirabad, Saatlı və İmişlidə keçirilən anım mərasimlərində rayin icra
hakimiyyətlərinin rəhbər və məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə,
müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər,
müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlər Xiyabanında Birinci Qarabağ döyüşləri, atəşkəs dövründə, Vətən
müharibəsi, 2022-ci ilin sentyabr ayı və bu ilin 20 sentyabr tarixli lokal
antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət
olunub, şəhidlərimizin ruhuna dualar oxunub və tər gül dəstələri düzülüb.

Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin,
konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

12:30

Sumqayıt şəhərində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir təşkil olunub.

“Report” un yerli bürosunun məlumatına görə, Sumqayıt Şəhidlər Xiyabanında
keçirilən tədbirdə şəhərin icra başçısı Zakir Fərəcov, hüquq-mühafizə
orqanlarının əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrin
kollektivləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri
iştirak ediblər.

Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində 44 günlük zəfər savaşından söhbət açılıb. Şəhidlərin
fotolarından ibarət stend nümayiş olunub. Şəhər rəhbərliyi və digər rəsmi
şəxslər həmin stendlərə baxış keçiriblər, şəhid ailələri ilə həmsöhbət olublar.

Sonda mərasim iştirakçıları, valideynlər şəhidlərin məzarlarını ziyarət edərək
üzərinə gül dəstələri düzüblər.12:01

Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin
ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.

Cixisyolu.com xəbər verir ki, bu məqsədlə Bakı vaxtı ilə saat 12:00-da ölkə
ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.

Daha çox şəkil burada: PhotoStock.az


Source link