Ararat Mirzoyan: “Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür”.
Cixisyolu.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan
Argentinanın “Todo Noticias” telekanalına müsahibəsində deyib.
“Çətinliklər və problemlər mövcuddur. Lakin hesab edirik ki, Azərbaycanla sülh
müqaviləsi bağlamaq mümkündür. Biz öz tərəfimizdən həll yollarını tapmaq üçün
səylər göstəririk. Müqavilə imzalamaqdan danışarkən, razılaşdırılmalı olan
vacib məqamlar mövcuddur. Onların arasında 1991-ci il Alma-Ata Bəyannaməsi
əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin demarkasiyası
var”, – deyə o qeyd edib.