Arayik Arutyunyan Bakıda həbsxanada nə istəyib? – Vəkili DANIŞDI + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Arayikin səhhəti normaldır. Saxlanma şəraitindən razıdır. O, heç bir
narazılıq bildirməyib”.
Bu sözləri Axar.az-a Arayik Arutyunyanın vəkili Alov Səfərəliyev deyib.
O bildirib ki, Arayikin müdafiəsi üçün hər bir şərait yaradılıb.
“Kitab istəyirdi, təmin edilib. Arayik ailəsi ilə əlaqə saxlayıb. Onun
müdafiəsi ilə əlaqədar bütün lazımi tədbirlər tərəfimdən həyata keçirilir.
Beynəlxalq təşkilatlardan hələ onunla görüşən olmayıb. Ailəsi və yaxud
yaxınları tərəfindən sovqat göndərən də yoxdur. Azərbaycan qanunvericiliyinə
görə, xarici vəkillərin Azərbaycan Respublikası ərazisində vəkillik fəaliyyəti
ilə məşğul olmasına icazə verilmir. Arayikin yeganə vəkili mənəm. Vəkil olaraq
heç bir çətinliyim yoxdur. Digər məsələlər istintaq sirri sayıldığı, verilən
hər hansı informasiya müdafiə etdiyim şəxsin əleyhinə yönələ biləcəyi üçün
əlavə məlumat verə bilməyəcəyəm. İstintaq bitəndən və iş məhkəməyə gedəndən
sonra Arayik Arutyunyanın özünün icazəsi ilə ictimaiyyətə açıqlama verəcəyəm”,
– o bildirib.