Araz Abdullayev Kipr klubundan ayrıldı

Araz Abdullayev Kipr klubundan ayrıldı

Baxış sayı: 2. 937 dəfə baxılıb.

Kiprin “Anorsosis” klubu Azərbaycan millisinin üzvü Araz Abdullayevlə yollarını ayırıb. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə məlumatı Kipr mətbuatı yayıb. 

Bildirilir ki, cari mövsümün bürünc medallarını qazanmış Famaqusta təmsilçisi bir neçə oyunçunu göndərib. Bunların içində millimizin üzvü Araz Abdullayev də var.

Belə ki, “Qəbələ”dən icarəyə götürülmüş futbolçuya  yeni müqavilə təklif edilməyib. 

Qeyd edək ki, Araz Abdullayev Kirp çempionatında otuz oyuna üç qol vurub.

S.T.
www.ÇıxışYolu.Com