4c0175fa-152b-4b18-92d2-ceb251d6b560..jpg

Araz Nəsirov: “Tibb sahəsində kifayət qədər yeniliklərə imza atılır”

Baxış sayı: 1. 207 dəfə baxılıb.

Araz Nəsirov: “Tibb sahəsində kifayət qədər yeniliklərə imza atılır”

“Tibb sahəsində kifayət qədər yeniliklərə imza atılır”.

Cixisyolu.com xəbər verir ki, bunu “Viva La Vida” uzunömürlülük üzrə beynəlxalq
konqresdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin
İcraçı direktorunun müavini Araz Nəsirov deyib.

Onun sözlərinə görə, müasir tendensiyalara uyğun olaraq sağlamlıq üçün
metodlar tətbiq edilir:

“Bu gün bütün dünyada tibb elminin qarşısında yalnız hansısa xəstəliklərin
müayinə və müalicəsi, cərrahi müdaxilələr dayanmır”.

A.Nəsirov qeyd edib ki, kök hüceyrə və gen terapiyası texnologiyaları kimi
sahələrə daha çox diqqət göstərmək müasir səhiyyənin qarşıya qoyduğu əsas
məsələlərdəndir:

“Biz də öz növbəmizdə tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə
vətəndaşların həyat keyfiyyətini artırmağa, uzun və sağlam yaşamlarını təmin
etməyə çalışırıq”.

Araz Nəsirov sonda insanları sağlam qidalanmağa üstünlük verməyə və zərərli
vərdişlərdən uzaq olmağa çağırıb.

Nəzrin Vahid

Source link