“Araz-Naxçıvan” klubu 2024-cü ildə ilk transferini rəsmiləşdirib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Araz-Naxçıvan” futzal klubu 2024-cü ildə ilk transferini rəsmiləşdirib.
“Report” xəbər verir ki, ölkə çempionu Andre Korrea dos Santos Juniorla
anlaşıb.
Andrezinyo ləqəbli 26 yaşlı oyunçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın
formasını geyinəcək. Buna qədər vətənində “Sao Lourenço”, “Taubate”,
“Yuventude”, “Esporte Futuro” və “Praya” klublarında çıxış etmiş hücumameyilli
futzalçı yanvarın 11-də Bakıya gələcək və ertəsi gün yeni komandası ilə
məşqlərə başlayacaq.
Qeyd edək ki, Yüksək Liqanın liderini dekabrda Eriko Dannilo, Xətai Bağırov və
İsa Atayev tərk ediblər.