b0251343-a29e-4c73-b01f-d9b057abfaa4..jpg

“Araz-Naxçıvan” – “Qarabağ” oyununun məkanı dəyişdirilib

Baxış sayı: 562 dəfə baxılıb.

“Araz-Naxçıvan” – “Qarabağ” oyununun məkanı dəyişdirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasının 11-ci turunun “Araz-Naxçıvan” – “Qarabağ”
oyununun baş tutacağı məkan dəyişdirilib.

Cixisyolu.com xəbər verir ki, “Araz-Naxçıvan” klubu Peşəkar Futbol Liqasına rəsmi
müraciət edərək, qadınlar arasında Millətlər Liqası çərçivəsində oktyabrın
31-də baş tutacaq Azərbaycan – Monteneqro matçının “Dalğa Arena”da keçirilməsi,
yaranmış qrafik sıxlığı və ot örtüyünün qorunması səbəbindən görüşün Tofiq
Bəhramov adına Respublika Stadionunda təşkilini xahiş edib.

“Araz-Naxçıvan” klubunun rəsmi müraciətini, “Qarabağ”ın razılığını əsas
götürən Peşəkar Futbol Liqası qarşılaşmanın Tofiq Bəhramov adına Respublika
Stadionunda keçirilməsinə qərar verib.

Matç təqvimdə olduğu kimi “Araz-Naxçıvan” – “Qarabağ” oyunu kimi keçiriləcək
və oktyabrın 30-da, saat 19:00-da başlayacaq.

Source link