8e5b9fdf-049f-4767-8b98-d5c5e7a48f61..jpg

“Araz-Naxçıvan”ın futbolçusu: “Belə davam etsək, komandalara başağrısı olacağıq”

Baxış sayı: 624 dəfə baxılıb.

“Araz-Naxçıvan”ın futbolçusu: “Belə davam etsək, komandalara başağrısı
olacağıq”

“Oyunumuzu bu şəkildə davam etdirsək, həm xal ehtiyatımızı artıracağıq, həm də
komandalara başağrısı olacağıq”.

Bunu “Araz-Naxçıvan”ın futbolçusu Tural Bayramlı klubun rəsmi saytına
açıqlamasında deyib.

25 yaşlı yarımmüdafiəçi Premyer Liqanın VII turunda “Səbail”ə 0:1 hesabı ilə
uduzduqları matça toxunub:

“Nəticə bizə pis təsir etdi, ancaq həmin görüşü unudub, “Zirə” ilə
qarşılaşmaya köklənmişik. Çoxsaylı qol epizodu yaratsaq da, 3 xalı rəqib
qazandı. Əlbəttə, futbolun bu tərəfi də var: sən vurmasan, sənə vuracaqlar”.

Bayramlı “Zirə” ilə oyuna hazırlaşdıqlarını söyləyib:

“Məşqlərimizi gündə bir dəfə olmaqla davam etdiririk. Uşaqlar həvəslə
hazırlaşırlar, əhvali-ruhiyyə də yaxşıdır. “Zirə” çempionatın iddialı
komandalarındandır. Baş məşqçi Rəşad Sadıqov yaxşı işlər görüb. Meydana çıxanda
rəqibin hansı pillədə qərarlaşmasına deyil, öz oyunumuza, baş məşqçinin
tapşırıqlarını yerinə yetirməyə diqqət edirik. Təbii ki, zirvədə
qərarlaşıblarsa, deməli, güclüdürlər. Meydana qələbə qazanmaq üçün çıxacağıq.
Buna nə dərəcədə nail olacağımız oyun zamanı yaradacağımız qol epizodlarını
realizə etməyimizdən asılıdır. Azarkeşlər baxımlı və maraqlı futbol
izləyəcəklər”.

Qeyd edək ki, oktyabrın 1-də oynanılacaq “Araz-Naxçıvan” – “Zirə” qarşılaşması
saat 18:30-da başlayacaq.

Source link