“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev cərrahiyyə əməliyyatı
olunub.
Cixisyolu.com xəbər verir ki, bu barədə klubun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, menisk əməliyyatı keçirən futbolçu hazırda özünü yaxşı hiss
edir.
Kapitan sabah xəstəxananı tərk edəcək, müalicəsini evdə davam etdirəcək.
Onun 15-18 gündən sonra məşqlərə başlayacağı gözlənilir.