aa7af1af-c10b-4afa-8cf3-07778a3daa02..jpg

“Araz-Naxçıvan”ın müdafiəçisi: “İsveç və Belçikadan xal ala bilərik”

Baxış sayı: 682 dəfə baxılıb.

“Araz-Naxçıvan”ın müdafiəçisi: “İsveç və Belçikadan xal ala bilərik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məşqə dünən qoşulmuşam. Hər şey qaydasındadır. Qarşıdakı oyunlara
hazırlaşırıq”.

Bunu “Araz-Naxçıvan”ın müdafiəçisi, Azərbaycanın əsas millisinə dəvət edilən
Turan Manafov APA-ya açıqlamasında deyib.

O, Azərbaycan millisinin qarşıda İsveç və Belçika ilə gözlənilən oyunlarından
da danışıb: “Bilirəm ki, güclü və yaxşı rəqiblərdir. Ancaq niyə də olmasın?
Düzü, futbolda ad-san rol oynamır. Əsas olan meydanda göstərdiyin oyundur. Ona
görə də ada fikir verməyib, oynamaq lazımdır. İnanıram ki, iki oyundan da xal
qazanacağıq. Hər şey öz əlimizdədir. Yaxşı oyun göstərib, deyilənləri yerinə
yetirə bilsək, xal qazana bilərik”.

Source link