Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası ilə bağlı anlaşma əldə olunub – YENİLƏNİB + VİDEO

Baxış sayı: 1. 287 dəfə baxılıb.

Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası ilə bağlı anlaşma
əldə olunub – YENİLƏNİB + VİDEO

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan və Ermənistan Baş
nazirlərinin müavinlərinin sədrliyi ilə keçirilən Üçtərəfli İşçi Qrupunun
iclasının yekunları barədə mətbuata bəyanatla çıxış edib.

Bəyanatda deyilir:

“Rusiyanın çoxtərəfli sazişlərdə, beynəlxalq təşkilatlarda və birliklərdə
iştirakı (MDB istisna olmaqla) Azərbaycan, Ermənistan və Rusiya liderlərinin
2023-cü il mayın 25-də Moskvada keçirilən görüşdə əldə etdikləri razılaşmaların
həyata keçirilməsi məqsədilə iyunun 2-də üçtərəfli İşçi Qrupunun 12-ci iclası
keçirilib.

Rusiya paytaxtında baş tutan iclas Azərbaycanın Baş nazirinin müavini Şahin
Mustafayev, Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiyanın Baş
nazirinin müavini Aleksey Overçukun birgə sədrliyi ilə keçirilib.

Görüş konstruktiv şəraitdə keçib. Azərbaycan ilə Ermənistan arasında nəqliyyat
əlaqələrinin bloklanmasının aradan qaldırılması üsullarının əlaqələndirilməsi
sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub.

Xüsusilə, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu
əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə
bağlı ümumi anlaşma əldə olunub.

Danışıqların nəticələri barədə Azərbaycan, Ermənistan və Rusiyanın
rəhbərlərinə məlumat veriləcək. Tərəflər üçtərəfli İşçi Qrupu çərçivəsində işi
davam etdirmək barədə razılığa gəliblər”.

14:51

Moskvada Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması
ilə bağlı üçtərəfli işçi qrupun iclası başlayıb.

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Federasiyası Baş nazirinin müavini
Aleksey Overçukun mətbuat katibi Andrey Matveyev bildirib.

“Moskvada dövlət başçılarının tapşırığına uyğun olaraq Azərbaycan Respublikası
baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikasının baş
nazirinin müavini Mqer Qriqoryanın və Rusiya baş nazirin müavini Aleksey
Overçukun birgə sədrliyi ilə üçtərəfli işçi qrup öz işinə başlayıb”, – Matveyev
vurğulayıb.

10:04

Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri –
Şahin Mustafayev, Mqer Qriqoryan və Aleksey Overçukun həmsədrliyi ilə işçi
qrupun iclası keçiriləcək.

Ermənistan KİV-in məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol
Paşinyan bildirib.

“İyunun 2-də Moskvada regional kommunikasiyalar üzrə işçi qrupun iclası
planlaşdırılıb”, – deyə hökumət başçısı bildirib.

Qeyd edək ki, M.Qriqoryan bundan əvvəl bildirmişdi ki, işçi qrupun görüşü
çərçivəsində regionda nəqliyyat kommunikasiyalarının açılmasına dairməsələlər
müzakirə olunacaq.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Moldovanın erməni icması
ilə görüşündə İrəvan və Bakının 1975-ci ilin sovet xəritələri əsasında
delimitasiya aparmaq barədə ilkinrazılığa gəldiklərini
bildirib.


Source link