6affa398-3b7f-438b-86a1-5c097385a70c.jpg

Arazın üçrəngli “kəməri”: Xudafərinin azad olunmasından dörd il keçir

Baxış sayı: 179 dəfə baxılıb.

Bu gün Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Xudafərin qəsəbəsini
Ermənistanın işğalından azad etməsindən dörd il keçir.

Cixisyolu.com xatırladır ki, 44 günlük Vətən müharibəsində, oktyabrın 18-də Xudafərin
körpüsü də azad edilərək onun üzərində Azərbaycan bayrağı qaldırılıb.

Prezident, Ali Baş Komandan İlham Əliyev “X” hesabında Xudafərin körpüsü
üzərində dalğalanan Azərbaycan bayrağının görüntüsünü paylaşıb:

“Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan
bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” –
deyə ölkə başçısı bildirib.

Görüntüdə Azərbaycan əsgəri Ali Baş Komandana Xudafərin körpüsünün düşməndən
azad edilməsi ilə bağlı məruzə edir.

Arazın üçrəngli “kəməri”: Xudafərinin azad olunmasından
dörd il keçir
Arazın üçrəngli “kəməri”: Xudafərinin azad olunmasından dörd il keçir

Source link