d57f889f-5551-4ad3-9a58-419d889fc668..jpg

ARB24-də sahibkarlar üçün yeni veriliş: “Biznes büro” başlayır

Baxış sayı: 943 dəfə baxılıb.

ARB24-də sahibkarlar üçün yeni veriliş: “Biznes büro” başlayır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və ARB24 telekanalının birgə
əməkdaşlığı çərçivəsində sahibkarlar üçün yeni maarifləndirici televiziya
layihəsinə start verilir. Martın 5-dən etibarən ARB24-də “Biznes büro” verilişi
efirdə olacaq.

Verilişin məqsədi ölkəmizdə sahibkarlıqla məşğul olan biznes subyektlərini
mövcud dövlət dəstəyi mexanizmləri, yeniliklər, biznes sahəsində imkanlar və
layihələr barədə məlumatlandırmaqla onların biznes savadlılığının artırılmasına
dəstək olmaqdır. Bu məqsədlə “Biznes büro” verilişində sahibkarlıq fəaliyyəti
ilə bağlı aktual məsələlər aidiyyəti qurumların nümayəndələri ilə birgə
müzakirə ediləcək, sahibkarları maraqlandıran suallar yerində cavablandırılacaq.

Hər həftənin bazar günü saat 18:20-də efirdə olacaq verilişin təkrarını
KOBİA-nın və ARB24-ün sosial media hesablarından izləmək mümkün olacaq.

“Biznes büro” verilişinin “KOB-lara dəstək, gömrük sistemində yeniliklər”
mövzusuna həsr olunmuş ilk buraxılışını martın 5-də ARB24-də izləyə bilərsiniz.

Qeyd edək ki, sahibkarların maarifləndirilməsi məqsədilə indiyədək KOBİA-nın
tərəfdaşlığı ilə “ASAN radio”da “KOB dostu” və “Sahibkar vaxtı” verilişləri
yayımlanıb.

Source link