Arbitraj icraatı zamanı arbitrlərin şahid qismində dindirilməsi qadağan edilir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Arbitraj icraatı zamanı məlum olan hallar barədə arbitrlərin şahid qismində
dindirilməsi qadağan edilir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin dekabrın 19-da keçiriləcək iclasının
gündəliyinə daxil edilən Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə
əksini tapıb.
Layihəyə əsasən, arbitraj icraatı zamanı məlum olan hallar barədə şahid
qismində dindirilməsi qadağan olunan şəxslərin dairəsinə arbitrlər əlavə edilir.