AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail” klubunun şikayətini rədd edib.
ÇıxışYolu.Com xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin 27 noyabrda çıxardığı qərarı qüvvədə saxlayıb.
Belə ki, 25 noyabrda Premyer Liqanın XII turu çərçivəsində keçirilmiş “Səbail” – “Neftçi” oyunu başa çatdıqdan sonra meydan sahiblərinin protokolda adı olmayan futbolçusu Eltun Yaqublunun hakimi təhqir etməsinə görə dörd oyun cəzalanması, klubun 3200 manat cərimə olunması qərarı dəyişdirilməyib.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com
ÇıxışYolu.Com yeniləndi!