Arda Güler: “Arzuma çatdım”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
18 yaşlı türkiyəli yarımmüdafiəçi Arda Gülər İspaniya kubokunun 1/16 finalında
“Arandina” ilə oyunda (3:1) “Real”da debütünü şərh edib, həmçinin
“qaymaqlılar”ın baş məşqçisi Karlo Ançelottinin dəstəyindən danışıb. .
“Çox xoş hisslər keçirdim, çünki “Real” mənim uşaqlıq arzum idi. Bunu çoxdan
gözləyirdim və arzum gerçəkləşdiyi üçün çox şadam. Ançelotti məşq zamanı və
məşqdən sonra həmişə mənim qayğıma qalır. O, həm də mənə çox özümə əminlik
hissi verir və mən səylərimlə bu etimadı geri qaytarmaq üçün mümkün olan hər
şeyi edirəm”, – deyə Güler bildirib.
Mənbə: championat.com