2758ea7d-e9d7-4469-bf2a-e12aadddcce1..jpg

Arda Güler İspaniya mətbuatının manşetlərində: “Real Madrid”in tarixinə düşdü” – FOTO

Baxış sayı: 583 dəfə baxılıb.

Arda Güler İspaniya mətbuatının manşetlərində: “Real Madrid”in tarixinə düşdü”
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Real Madrid” klubunda çıxış edən türkiyəli məşhur futbolçu Arda Güler
İspaniyada gündəmdə qalmağa davam edir.

İspan nəhənginin heyətində ilk qolunu vuran 19 yaşlı gənc futbolçu İspaniya
mətbuatının manşetlərinə düşüb.

“Marca” qəzeti “Arda Güler “Real Madrid” tarixində qol vuran 416-cı futbolçu
oldu” başlıqlı yazı dərc edib və üz qabığında “Real Madrid”in qol vuran
futbolçularının adlarına yer verib.

Arda Güler “Real Madrid”in “Celta Vigo” ilə matçında atdığı qolla klub
tarixində qol vuran 416-cı futbolçu olub.

Xatırladaq ki, uzun müddət zədəli olan Arda Güler “Real Madrid”də bu səbəblə
xeyli vaxt forma geyinə bilməyib. Zədəsi sağaldıqdan sonra 6 matçda forma
geyinib və son matçda 1 qol vurub.

Mənbə: NTV.com.tr

Source link