İspaniyanın “Atletik” Bilbao klubunun hücumçusu İnyaki Uilyams XXI əsrdə rekord sayda ardıcıl oyun keçirib.
Belə ki, 25 yaşlı forvard ölkə çempionatı çərçivəsində klubun heyətində ardıcıl 122-ci matçda meydançaya çıxıb.
122-ci oyun İspaniya çempionatının üçüncü turu çərçivəsində “Real Sosyedad” klubu ilə qarşılaşmaya təsadüf edib. İ.Uilyamsa qədər heç bir futbolçu XXI əsrdə belə ardıcıllığa nail ola bilməyib.
Qeyd edək ki, İ.Uilyams sözügedən görüşdə qol vurub və onun komandası 2:0 hesabı ilə qalib gəlib.