891802d2-1793-4715-a011-c6d912c2b167..jpg

ARDNF dekabrda valyuta hərraclarındakı satışını kəskin azaldıb

Baxış sayı: 770 dəfə baxılıb.

ARDNF dekabrda valyuta hərraclarındakı satışını kəskin azaldıb

2022-ci ilin dekabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta
hərraclarında satılmış 595,9 milyon ABŞ dollarının cəmi 92,4 milyonu Dövlət
Neft Fonduna (ARDNF) məxsus olub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq fonddan bildirilib.

“2022-ci ildə dövlət büdcəsinə proqnozda nəzərdə tutulandan daha çox vəsaitin
daxil olması səbəbindən ARDNF-dən dövlət büdcəsinə transfert azalıb və bu,
nəticə etibarilə fondun manat alışı məqsədilə həyata keçirdiyi valyuta satışına
təsir göstərib”, – deyə qurum bəyan edib.

Başqa sözlə, AMB uzun fasilədən sonra ilk dəfə ötən ay valyuta ehtiyatlarının
bir hissəsini (503,5 milyon ABŞ dolları) hərraca çıxarmalı olub. Bununla belə,
ay ərzində qurumun valyuta ehtiyatları 1 026,5 milyon ABŞ dolları və yaxud
12,9% artaraq 7 969,2 milyon ABŞ dollarından 8 995,7 milyon ABŞ dollarına çatıb.

Source link