8430facc-b8c4-4252-b7a7-3d2c56464828..jpg

ARDNF-in aktivləri 49 milyard dolları keçdi

Baxış sayı: 955 dəfə baxılıb.

ARDNF-in aktivləri 49 milyard dolları keçdi

2022-ci ildə Dövlət Neft Fondunun (ARDNF) aktivləri 8,9% artaraq bu il
yanvarın 1-nə 49 033,6 milyon ABŞ dolları təşkil edib.

Fonddan verilən məlumata görə, ötən il ARDNF-in büdcə gəlirləri 16 296 milyon
manat, 7 988,3 milyon manat olub.

İl ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 20 480,4 milyon
manat, o cümlədən mənfəət neft-qazının satışından 19 698,9 milyon manat, bonus
ödənişlərindən 768,7 milyon manat, tranzitdən 7,2 milyon manat, akrhesabı
ödənişlərdən isə 5,6 milyon manat gəlir əldə edib, aktivlərin bazar dəyərindəki
qısamüddətli dəyişkınliklərdən isə 4 184,2 milyon manat zərər edib.

Bundan başqa, ARDNF 2022-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə
7 923 milyon manat transfert edib, “2019-2023-cü illər üçün ali təhsil
sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na 22,2
milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na isə 15,2
milyon manat yönəldib, idarəetməyə isə 27,9 milyon manat xərcləyib.

Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı
büdcədənkənar xərcləri isə 1 488,4 milyon manat təşkil edib.

“IV rübdə iqtisadi proqnozlarda nikbinliyinin daha da azalması və bunun
fonunda tənəzzül gözləntilərinin artması, eləcə də, ABŞ-da inflyasiya
göstəricisinin nisbətən aşağı düşməsi mərkəzi bankların növbəti dövrlərdə daha
yumşaq monetar siyasətə keçidinə dair ehtimalı artıb ki, bunu da investorlar
müsbət siqnal kimi qarşılayıb. Belə ki, sonuncu rübdə səhm və istiqraz alətləri
bazarlarında ilin digər rüblərinə nisbətən müsbət gəlirlilik müşahidə olunub.

Eyni zamanda IV rübdə ABŞ-da uçot faiz dərəcələrinin artım tempininin digər
rüblərlə müqayisədə nisbətən aşağı olması və növbəti dövrlərdə tempin daha da
azalması gözləntiləri, eyni zamanda Avropa Mərkəzi Bankının uçot faiz
dərəcələrinin artımının daha uzun müddətdə davam edilməsinə dair planları ötən
il ərzində daha çox dəyər qazanan ABŞ dollarının zəifləməsi, avronun və digər
əksər valyutaların isə güclənməsi ilə nəticələnib.

2022-ci ildə beynəlxalq maliyyə bazalarında yaşananlar ARDNF-in investisiya
portfelində də öz əksini tapıb. İlin əvvəlindən baş verən geosiyasi gərginlik
və bunun enerji qiymətlərinə təsiri, eləcə də, mərkəzi bankların sərt monetar
siyasətlərin davamlı olacağına dair bəyanatları maliyyə bazarında artan
inflyasiya dərəcəsi fonunda müşahidə olunan dalğalanmaları daha da artırıb. İl
ərzində mərkəzi bankların rəsmilərinin monetar siyasət ilə bağlı qarşıdakı
dövrlər üzrə planlarına dair bəyanatları, eləcə də, buna təsir edən inflyasiya
və əmək bazarına dair iqtisadi göstəricilər maliyyə bazarlarına təsir edən əsas
amillər kimi qeydə alınıb. Belə ki, ABŞ-da inflyasiya dərəcəsi son aylarda
nisbətən düşmə trendini nümayış etdirsə belə, əmək bazarının dayanlıqlı olması
və bunun inflyasiya dərəcəsinə adətən müsbət təsir etməsi FED-in sərt monetar
siyasətinin 2023-cü ilin əvvəlində də davam etməsinə işarə edir. Avropa və
Birləşmiş Krallığa gəldikdə isə, bu regionlarda inflyasiya dərəcəsinə dair
gözləntilərin hələ də kifayət qədər yüksək olması, eyni zamanda Birləşmiş
Krallıqda əmək bazarında işçi qüvvəsinin çatışmazlığı mərkəzi bankların sərt
monetar siyasətinin ABŞ ilə müqayisədə daha yüksək temp ilə davam etməsinə
işarə edir.

Yuxarıda qeyd edilən baş vermiş hadisələr səbəbindən il ərzində neft və qaz
satışından əldə olunan daxilolmalar artıb ki, bu da ARDNF-nin investisiya
portfelinin dəyərində öz əksini tapıb”, – deyə məlumatda qeyd olunub.

Source link