7f6fa2f8-1542-4389-ab17-7720f9d5956e..jpg

AREA, SOCAR və “Masdar” yaşıl enerji layihələrini müzakirə edib

Baxış sayı: 713 dəfə baxılıb.

AREA, SOCAR və “Masdar” yaşıl enerji layihələrini müzakirə edib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi
(AREA), Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Birləşmiş Ərəb Əmirliklərinin
“Masdar” şirkəti və məsləhətçi şirkətlərin nümayəndələri arasında yaşıl enerji
sahəsində həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilib.

Trend xəbər verir ki, AREA-nın direktoru Cavid Abdullayev və “Cənub Qaz
Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayevin iştirakı ilə keçirilən görüşdə
“Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində nəzərdə tutulan 10 QVt-lıq yaşıl
enerji layihələrinin inkişafı ilə bağlı məsləhətçi şirkətlər tərəfindən
aparılan araşdırmaların nəticələri təqdim olunub, təkliflər qiymətləndirilib.

Məsləhətçi şirkətlərin nümayəndələri təqdimatla çıxışlarında dənizdə külək
enerjisinin inkişafı, dənizdə quraşdırılan turbinlərin üstünlüyü və imkanları,
Xəzər dənizinin Azərbaycandakı sektorunda külək enerjisi potensialından
istifadə edilməklə yaşıl hidrogen istehsalı barədə geniş məlumatlar veriblər.

İki gün ərzində davam edən müzakirələrdə Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya
yaşıl hidrogen ixracı imkanları, yaşıl hidrogenin inkişafı istiqamətləri,
müxtəlif ssenarilərdə elektrik enerjisi istehsalı, istehlakı, gələcəkdə
Azərbaycanın elektrik enerjisi tələbatında hidrogen enerjisinin istifadə
imkanları barədə aparılmış araşdırmaların nəticələri barədə danışılıb,
qarşılıqlı müzakirələr aparılıb.

Source link