Arestoviç: “Rusiya Prezidenti artıq müharibəni bitirmək istəyir”
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiya
Prezidenti Vladimir Putinin artıq Ukraynadakı müharibəni bitirmək istədiyini və
bunun əlamətlərini müşahidə etdiyini bəyan edib.
“Onlar müharibəni bitirmək istəyirlər, çünki döyüş meydanındakı
məğlubiyyətləri və onların iqtisadiyyatını qıran sanksiyalar Rusiya
Federasiyasının daxilindəki ictimai-siyasi vəziyyəti sual altında qoyur”, –
deyə Aleksey Arestoviç bildirib.
Aleksey Arestoviç əlavə edib ki, Rusiya ordusu artıq səkkiz əməliyyat
zonasından altısında məğlub olub.
“İndi onların(Rusiya tərəfini nəzərdə tutur-red) əsas qayğısı odur ki, Putin
Zelenski ilə görüşdə hər hansı formada da olsa güclü mövqedə olsun. Heç olmasa
nəyisə götürsün, Mariupolu, Donbasdakı zonanı… heç olmasa ciddi təhlükə
yaratsın, çünki hesab edirlər ki, Putinin olduğu yerdə qələbə olmalıdır, əks
təqdirdə onun hakimiyyəti mövcud ola bilməz”, – deyə Ukrayna Prezident Ofisi
rəhbərinin müşaviri Aleksey Arestoviç fikrini tamamlayıb.
Mənbə: Unian