Argentina matçı təxirə saldı, İsraildə qalmaqal düşdü

Argentina matçı təxirə saldı, İsraildə qalmaqal düşdü

Baxış sayı: 2. 351 dəfə baxılıb.

Argentina-İsrail yığmaları arasında yoldaşlıq görüşünün təxirə salınması İsraildə böyük qalmaqala yol açıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Anadolu” agentliyi məlumat yayıb.

İyunun 9-da Qüdsdə keçirilməli olan matç fələstinlilərin etirazına səbəb olub .

Argentina yığması Barselona stadionunda təlim məşq toplanışı keçirdiyi vaxtda, bir qrup fələstinli yoldaşlıq matçına qarşı aksiya keçirib.

Nəticədə Argentina futbol federasiyası matçı təxirə salıb və bu haqda İsrail tərəfini məlumatlandırıb.

Oyunun təxirə salınmasına görə bir sıra dövlət məmurları İsrailin mədəniyyət və idman naziri Miri Reqevi günahlandırıb.

Öz müdafiəsinə, nazir İsrail baş naziri Binyamin Netanyahu ilə Argentina prezidenti Maurisio Makri arasında may ayında baş tutmuş telefon söhbətinin mətnini KİV-də yayıb.

Həmin söhbət zamanı İsrail baş naziri Argentina prezidentindən matçın Hayfa əvəzinə Qüdsdə keçirilməsini xahiş etmişdi.

.
www.ÇıxışYolu.Com